525.Az

"Gent"in "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi


 

"Gent"in "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi<b style="color:red"></b>

Belçika "Gent"inin  Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi açıqlanıb.

525.az UEFA-nın saytına istinadən xəbər verir ki, əsas siyahıda 23 futbolçu yer alıb. Onların 2-si qapıçı, 8-i müdafiəçi, 7-si yarımmüdafiəçi, 6-sı isə hücumçudur. B siyahısına isə 6 oyunçunun adı var.

Qapıçılar: 1.Pol Nardi, 33.Deyvi Rof

Müdafiəçilər: 2.Cozef Okumu, 4. Kamil Pyontkovski, 5.Mişel Nqadye-Nqacui, 14.Alessio Kastro-Montes, 23.Cordan Torunariqa, 25.Nurio Fortuna, 31.Bruno Qodo, 35.Sederik van Dale

Yarımmüdafiəçilər: 7.Hyunseok Xon, 8.Vadis Ocica-Ofoe, 13.Jülyen De Sart, 17.Endryü Hülsager, 18.Matiss Samuaz, 22.Seleyman Marre, 24.Sven Kums

Hücumçular: 9.Darko Lemayiç, 10.Yens Petter Hauqe, 11.Uqo Kuypers, 20. Gift Orban, 29.Loran Depuatr, 34.Tarik Tissaudali

B siyahısı

Qapıçı: 40.Rene Vanden Borre

Müdafiəçilər: 15.Bram Laqe, 27.Rune van den Berq

Yarımmüdafiəçilər: 12.Noa de Ridder, 28.Robbi van Hater

Hücumçu: 19.Malik Fofana

Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

 





03.02.2023    çap et  çap et