525.Az

Rusiya enerji gəlirlərinin azalması səbəbindən valyuta satışlarını artıracaq


 

Rusiya enerji gəlirlərinin azalması səbəbindən valyuta satışlarını artıracaq<b style="color:red"></b>

Rusiya Maliyyə Nazirliyi ölkənin əlavə neft və təbii qaz gəlirlərinin fevral ayında təxminlərdən 108 milyard rubl aşağı olacağı gözlənildiyini, bu səbəbdən valyuta satışlarının həcmini artıracağını açıqlayıb.

525.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən yazılı açıqlamada əlavə neft və təbii qaz gəlirlərinin fevral ayında proqnozdan 108 milyard rubl az olacağı qeyd edilib. Bu səbəbdən valyuta satışına 160 milyard rubl (təxminən 2,3 milyard dollar) ayrıldığı, 7 fevral-6 mart tarixlərində 8,9 milyard rubl dəyərində valyuta satışının aparılacağı açıqlanıb.

Rusiya Maliyyə Nazirliyi 13 yanvar-6 fevral tarixlərində gündəlik 3,2 milyard rubl satışı gerçəkləşdirmişdi.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar tətbiq edilən sanksiyalara görə valyuta bazarında əməliyyatlarını dayandıran Rusiya Mərkəzi Bankı yanvarın 13-də bu cür əməliyyatları bərpa etmişdi.

Məhəmməd Tağıyev

 





04.02.2023    çap et  çap et