525.Az

Yeni idarə yaradıldı


 

Yeni idarə yaradıldı<b style="color:red"></b>

Baş nazir Gəncə şəhərində yeni salınmış park kompleksində idarəetmənin təşkili barədə qərar verib.

Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əsasən, Gəncə şəhərində yenidən qurulmuş və ərazisi genişləndirilmiş park kompleksinin infrastrukturunun qorunub saxlanılması, abadlaşdırılması, mühafizəsi və əhaliyə göstərilən xidmətin yaxşılaşdırılması məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində "Park-Xiyaban" İstismar və Mühafizə İdarəsi yaradılıb.

Park-Xiyaban" İstismar və Mühafizə İdarəsinin işçilərinin ştat sayı 140 vahid müəyyən edilib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın 3-cü hissəsi ilə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini və 2015-ci ildən başlayaraq, bu məqsəd üçün hər il dövlət büdcəsində müvafiq məbləğdə vəsait nəzərdə tutulmasını təmin etsin.

 





04.07.2014    çap et  çap et