525.Az

FİFA-dan Maradonaya qadağa


 

FİFA-dan Maradonaya qadağa<b style="color:red"></b>

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona "DÇ-2014"ün oyunlarını VİP-lojadan izləyə bilməyəcək.

Qol.Az-ın "Samba Foot"a istinadən verdiyi məlumata görə, buna Maradonanın daha öncə FİFA haqda tənqidi fikirlər söyləməsi səbəb olub.

Uruqvay millisinin forvardı Luis Suaresin italiyalı müdafiəçi Corcio Kyellininin çiynini dişlədiyi üçün 4 aylıq futboldan kənarlaşdırılmasından sonra Maradona ali futbol qurumunu sərt tənqid etmişdi. Məhz bu səbəbdən FİFA 53 yaşlı mütəxəssisə "DÇ-2014"ün oyunlarını VİP-lojadan izləməyə qadağa qoyub.

Xatırladaq ki, Maradona daha öncə Argentina millisinin "DÇ-2014"də İran və Nigeriya ilə oyunlarını FİFA-nın xüsusi qonaqlar üçün ayırdığı lojadan izləmişdi.

 





04.07.2014    çap et  çap et