525.Az

Azərbaycanlı alim beynəlxalq mükafatlara layiq görüldü


 

Azərbaycanlı alim beynəlxalq mükafatlara layiq görüldü<b style="color:red"></b>

Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi Sabir Əliyev türk dünyası elminə və tədrisinə göstərdiyi böyük xidmətlərə və Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin inkişafındakı fəaliyyətlərinə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Türk Dünyasında İlin Alimi" Beynəlxalq mükafatına layiq görülüb və Akademiyanın təqdimatı əsasında Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Vilhelm Rentgen" medalı ilə təltif olunub.

Bu haqda məlumat verən Akademiyanın vitse-prezidenti və Azərbaycan təmsilçisi Elçin İsgəndərzadə bildirib ki, görkəmli alimimizin geniş spektrli elmi yaradıcılığı qardaş Türkiyədə də böyük maraqla izlənilir və təqdir edilir.

 





04.02.2023    çap et  çap et