İsveçrənin "Qrasshopper" klubunda çıxış edən mllimizin hücumçusu Renat Dadaşov Superliqasının 19-cu turunda "Bazel"i 1:0 hesabı ilə məğlub etdikləri matç haqda fikirlərini bölüşüb.
525.az Qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard matçdan sonra İnstaqram hesabında yazıb:
"Bu oyunu sevirəm. Möhtəşəm qələbə qazandıq. Bütün azarkeşlərimizə təşəkkür edirəm. Belə davam etməliyik".
Qeyd edək ki, Renat Dadaşov "Bazel"lə görüşün 61-ci dəqiqəsində meydana daxil olub.