525.Az

Hazard zədələndi


 

Hazard zədələndi<b style="color:red"></b>

"Real"ın futbolçusu Eden Hazard zədələnib. 

525.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb. Belçikalı yarımmüdafiəçi sol dizindən zədə alıb. O, 4-5 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm "Real"ın heyətində 7 matçda 1 qol vurub və 1 qolun ötürməsini verib.

 





05.02.2023    çap et  çap et