İyul ayının 4-ü axşam saat 22:00 radələrində Bakı-Quba yolunda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 51-ci km-də qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abdullayev Emin Ceyhun oğlu idarə etdiyi “10 OM 771” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Quba istiqamətində hərəkətdə olarkən maşını aşırıb.
Qəza nəticəsində sürücünün anası, 1972-ci il təvəllüdlü Abdullayeva Sevinc Məmmədqulu qızı və sürücünün qardaşının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abdullayeva Nişanə Zakir qızı dünyasını dəyişib.
Hadisə zamanı sürücü və qardaşı, 1991-cü il təvəllüdlü Hümbət Abdullayevdə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
çap et