525.Az

Xaçmazda 20 yaşlı gənc göldə batıb


 

Xaçmazda 20 yaşlı gənc göldə batıb<b style="color:red"></b>

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, 1994-сü il təvəllüdlü Rəşad Mirzağa oğlu Əsgərov Xaçmaz rayonu, Çarxı kənd ərazisindəki süni göldə batıb.
 
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
 
R.Əsgərovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:30-da başa çatıb.

 





05.07.2014    çap et  çap et