https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Cüdoçularımız Böyük Dəbilqəni 3 medalla başa vurdular

Cüdoçularımız Böyük Dəbilqəni 3 medalla başa vurdular

Azərbaycan millisi Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində mübarizəni başa vurub. 

525.az Qol.az-a istinadən xəbər verir ki, təmsilçilərimiz yarışda ümumilikdə 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar. 

Son medalı Zelim Kotsoyev əldə edib. O, dəsti bürünclə tamamlayıb.

Gənclər arasında Avropa və dünya çempionu olan 25 yaşlı idmançı 100 kq çəki dərəcəsində fəxri kürsüyə qalxıb. Sedrik Olivar (Fransa) və Mərt Şişmanlar (Türkiyə) üzərində qələbədən sonra 1/4 finalda Cafar Kostoyevə (Birləşmiş Ərəb Əmirlikləri) məğlub olan Kotsoyev təsəlliverici dueldə özbəkistanlı Musafferbek Turoboyev, bürünc medal görüşündə isə belçikalı Toma Nikiforovdan güclü olub.

Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Balabəy Ağayev (60 kq) qızıl, bu gün isə Murad Fətiyev (90 kq) gümüş medala yiyələnib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.