525.Az

İŞİD Suriyada parad keçirib


 

İŞİD Suriyada parad keçirib<b style="color:red"></b> İŞİD İraqda ələ keçirdiyi qənimət silahları və texnikanı Suriyada ələ keçirdiyi ərazilərdə nümayiş etdirib.

APA TV-nin Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, terrorçular Rəqqa şəhərində "hərbi parad" təşkil edib. Silahların arasında uzaq mənzilli bir "Skat" raketinin də olduğu bildirilir. Suriyada fəaliyyət göstərən İŞİD fəallarından əbu-Bəra adlı  təşkilat üzvü bu silahlarla işğal etdikləri əraziləri daha da genişləndirəcəklərini iddia edib.
 
İraq ordusundan ələ keçirdiyi silahları İŞİD-in sürətlə Suriya ərazisinə daşıdığı qeyd olunur. Buna görə də terrorçu təşkilat Suriya-İraq sərhədindəki bütün məntəqələri ələ keçirməkdə israrlıdır.
 
bir müddətdir silahlı qarşıdurmaların davam etdiyi və ciddi lider boşluğu yaşanan İraqda Mosul, Tiqrit, Bakuba və Telafer kimi şəhərlərin  İŞİD-in nəzarətinə keçməsi nəticəsində öz yurd-yuvasından köç etmək məcburiyyətində qalan iraqlıların,özəlliklə türkmənlərin sayının milyonu keçdiyi vurğulanır.
 
İraq və Suriya ərazilərində İŞİD-ə qarşı havadan zərbələrin endirildiyi də qeyd olunur.
 





05.07.2014    çap et  çap et