525.Az

İŞİD Türkiyə sərhədində bayrağını qaldırıb


 

İŞİD Türkiyə sərhədində bayrağını qaldırıb<b style="color:red"></b>

Suriyanın Türkiyə ilə sərhədində "İraq Şam İslam Dövləti" terror təşkilatının bayrağı dalğalanmağa başlayıb.

APA TV-nin məlumatına görə, İŞİD üzvləri Suriyanın Hələb şəhərinin Karablus qəsəbəsindəki nəzarət nöqtəsinə öz bayraqlarını asıblar.
 
İŞİD və Demokratik Birlik Partiyası (PYD) silahlıları arasında Karablusun Zormağara kəndində atışmalar ötən gün də davam edib. İŞİD üzvləri ağır silahlardan da istifadə olunduğu döyüş nəticəsində kəndi ələ keçirib. Kənddəki nəzarət məntəqəsinə isə terror təşkilatının bayrağı asılıb.
 
Bayraq Türkiyə ərazisindən də aydın görünür. Bu arada isə sərhəddəki döyüşlərdən qaçan 200-ə yaxın suriyalı Türkiyəyə sığınıb. Türkiyə tərəfi sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirib.

 





05.07.2014    çap et  çap et