525.Az

Serbiya NATO-ya daxil olmaq istəmir


 

Serbiya NATO-ya daxil olmaq istəmir<b style="color:red"></b>

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) doğru getdiyini, lakin NATO-ya üzv olmaq istəmədiyini bildirib. 

525.az xəbər verir ki, Aleksandar Vuçiç Kosovo probleminin həllində ABŞ və Aİ-nin dəstəklədiyi Franko-Almaniya Planının hərtərəfli müzakirə edildiyi Serbiya Assambleyasının sessiyasının ikinci günündə açıqlama verib. 

Ölkəsinin Aİ  yolunda olduğuna işarə edən Vuçiç: "Serbiya NATO-ya üzv olmaq istəmir. Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək istəyir. Avropaya inteqrasiya ilə Atlantik inteqrasiyası arasında böyük fərq var", - deyib. 

Hakimiyyətdə qalmaq naminə heç vaxt danışıqlara getməyəcəyini vurğulayan Vuçiç, onun üçün önəmli olanın Serbiyanın “yaşaması və tərəqqisi” olduğunu deyib. Kosovonun Birləşmiş Millətlər Təşkilatına daxil olmasına mane olacaqlarını ifadə edən Vuçiç bunu bacaracaqlarına inandığını bildirib.

Malik Atilay

 





06.02.2023    çap et  çap et