525.Az

Koreyada balıqçı qayığı batıb: 9 nəfər itkin düşüb


 

Koreyada balıqçı qayığı batıb: 9 nəfər itkin düşüb<b style="color:red"></b>

Koreya Respublikası sahillərində balıqçı gəmisinin batması nəticəsində itən 9 nəfərin axtarışları davam edir.

525.az xəbər verir ki, qayığın şənbə günü gecə yarısından əvvəl batdığı, üç ekipaj üzvünün yolda gedən bir kruiz gəmisi tərəfindən götürüldüyü bildirilib. Sahil təhlükəsizlik qruplarının itkin düşən 9 nəfəri axtardığı vaxtda Koreya Respublikası Prezidenti Yoon Suk-yeolun hərbi və mülki qaynaqlara kömək əmri verdiyi açıqlanıb.

Qeyd edək ki, Çin rəsmiləri yanvarın sonunda Koreya Respublikası ilə Yaponiya arasında yük gəmisinin batması nəticəsində ən azı 8 nəfərin öldüyünü açıqlamışdı.

Məhəmməd Tağıyev

 





06.02.2023    çap et  çap et