525.Az

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 36 187 nəfərə çatıb - YENİLƏNİB-44


 

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 36 187 nəfərə çatıb - <b style="color:red"> YENİLƏNİB-44</b>

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 36 187 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 108 068 nəfər yaralanıb.

Məlumata görə, 216 347 zərərçəkən zəlzələ bölgələrindən başqa ərazilərə təxliyə edilib. 

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 643 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb.

525.az verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 327 nəfərə çatıb.

525.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca canlı yayımda məlumat verib.  

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 80 278 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 848 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə prezident Ərdoğan bildirib.

Təbii fəlakət nəticəsində 80 104 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 21 043 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə prezident Ərdoğan bildirib.

Təbii fəlakət nəticəsində 80 097 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 20 937 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 20 213 nəfərə çatıb.

525.az xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Fahrettin Koca deyib.

Təbii fəlakət nəticəsində 80 052 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 875 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 79 717 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 19 388 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 77 711 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.

***

Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 342 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 74 242 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 674-ə çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

F.Oktayın sözlərinə görə, təbii fəlakət zamanı 72 879 nəfərə çatıb. 

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb.

XXX

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb, yaralananların sayı 66 132-dir.

525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Dağılan binaların sayı 6 444 təşkil edir.

XXXX

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 66 132 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

XXX

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 170 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 64 194 nəfərdir.

Dağılan bina sayı isə 6 444-dür.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.

O qeyd edib ki, zəlzələ bölgəsinə zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 113 318 nəfər şəxsi heyət və könüllü cəlb olunub.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.

Dağılan bina sayı isə 6444-dür.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12873 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62937 nəfər yaralanıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12391 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62914 nəfər yaralanıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb.

525.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 52 979 nəfər yaralanıb. 

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 8574 nəfərə çatıb.

525.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Onun sözlərinə görə, 49 133 nəfər yaralanıb. 

Təbii fəlakət nəticəsində 6444 bina dağılıb. 

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 7108 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 40910 nəfər yaralanıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6957 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 38224 nəfər yaralanıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 6234 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 37011 nəfər yaralanıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 5 894 nəfərə çatıb, 34 810 nəfər yaralanıb.

525.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində 5 775 bina dağılıb.

“Dağıntılar altından 8 mindən çox şəxs sağ çıxarılıb. Axtarış-xilasetmə fəaliyyətlərimiz davam edir. Bu işlərə faktiki olaraq 6 218 nəfər təyin edilib və işləyir. Axtarış və xilasetmə qruplarına təxminən 1500 əlavə şəxs cəlb ediləcək”.

Qeyd edək ki, fevralın 6-da baş vermiş dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ bölgəsinə 65 ölkədən yardımlar göndərilib. İlk kömək əlini uzadan Azərbaycan olub.

***

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

525.az xəbər verir ki, son məlumata görə, 5 434 nəfər həyatını itirib, 31 777 nəfər xəsarət alıb.

***

Türkiyədə zəlzələdə ölənlərin və yaralananların sayı artıb.

525.az xəbər verir ki, son məlumata görə, 4 544 nəfər həyatını itirib, 26 725 nəfər xəsarət alıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 703-ə çatıb.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 22 286 nəfər yaralanıb.

***

Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 549-a çatıb.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 22 168 nəfər yaralanıb.

***

Türkiyədə dünən baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3419-a çatıb.

525.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay bildirib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 20534 nəfər yaralanıb.

***

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3381-ə çatıb.

525.az xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Zəlzələ nəticəsində 20426 nəfər yaralanıb.

Təbii fəlakət nəticəsində 5775 bina dağılıb.

***

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer deyib.

O qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15834 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ qeydə alınıb.

***

Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2379 nəfərə çatıb.

"525.az"ın məlumatına görə, bu barədə ölkənin vitse-prezidenti Fuad Oktay məlumat verib.

O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 14 min 483 nəfərə çatıb. Fuad Oktay qeyd edib ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı bütün işlər Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi nəzarəti altındadır.

Qeyd edək ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

***

Türkiyədə güclü zəlzələ nəticəsində həlak olanların sayı 2 316 nəfərə, yaralananların sayı isə 13 min 293 nəfərə çatıb.

“525.az”ın xəbərinə görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, təbii fəlakət nəticəsində dağılan binaların sayı isə 6 217 olub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində ölənlərin sayı sayı 1762 nəfərdir.

Yaralı sayı isə 12 068 nəfər qeydə alınıb.

Dağılan binaların sayı 5606 olub.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1651-ə, yaralıların sayı isə 11 119-a çatıb.

525.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

525.az xəbər verir ki, hazırda brifinq keçirən Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1541 nəfərə çatıb.

Xəsarət alanların sayı isə 9 733 nəfər təşkil edir.

Zərər dəyən bina sayı isə 3 471-dir.

***

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

525.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

525.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ nəticəsində 7634 nəfər yaralanıb.

Bildirilib ki, təbii fəlakət zamanı 2824 bina dağılıb. 

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. 

525.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ zamanı yaralananların sayı 5385 nəfərdir.

***

Türkiyədə zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb. 

525.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəricəsində 5385 nəfər yaralanıb. 

***

Türkiyədəki zəlzələdə ölənlərin sayı 284 nəfərə çatıb.

525.az xəbər verir ki, bu haqda Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 2323 nəfər yaralanıb.

F.Oktay bildirib ki, 1710 nəfər dağıntılar altında qalıb.

***

Türkiyədə Bakı vaxtı ilə saat 07:30-a olan məlumata əsasən, 7 şəhərdə zəlzələ nəticəsində 76 nəfər ölüb, 440 nəfər yaralanıb.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

Türkiyənin Qaziantep şəhərində baş verən güclü zəlzələdən sonra 6.4 maqnitudalı afterşok qeydə alınıb.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Zəlzələnin ocağı 6.98 km dərinlikdə Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə saat 05:26-da baş verib.

Yeraltı təkanlar daha sonra yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Bundan əlavə, “Əl Ərəbiyyə” telekanalı yeraltı təkanların İraq və Livanın bəzi bölgələrində də hiss olunduğunu bildirib.

***

Türkiyənin Kahramanmaraş şəhərində 7.4 gücündə zəlzələ olub.

525.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.

Zəlzələ Türkiyənin Mersin, Diyarbəkir, Adıyaman da daxil olmaqla bir çox şəhərində hiss olunub. Adıyamanda çoxlu binanın dağıldığı bildirilib.

 





16.02.2023    çap et  çap et