525.Az

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 427-yə çatdı - YENİLƏNİB - 2


 

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 427-yə çatdı - <b style="color:red">YENİLƏNİB - 2 </b>

Suriyada güclü zəlzələdə ölənlərin sayı 427-yə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

Qeyd olunub ki, 600 nəfər yaralanıb.

***

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. 

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

***

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

525.az xəbər verir ki, zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.
 

 





06.02.2023    çap et  çap et