525.Az
Fransa məhkəməsi ədalətsiz qərarına görə 663 min avro ödədi
Fransa məhkəməsi qəbul etdiyi ədalətsiz hökm qarşılığında ölkə vətəndaşı Mark Maşenə rekord həddə, 663,32 min avro məbləğində kompensasiya ödəyib.
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu keçmiş məhbus kişi iki min gündən artıq həbsdə saxlanılıb. M.Maşen 2001-ci ilin yanvarında Parisdə gənc qadını qətlə yetirməkdə təqsirli bilinib. 2004-cü ildə mühakimə edilib, 2005-ci ildə onun “cinayət işinə” yenidən baxılıb.
Nəhayət, 2008-ci ildə polis DNT müayinəsi nəticəsində qətli onun törətmədiyini müəyyənləşdirib. 2012-ci ilin dekabrında Maşen günahsız bilinib.
Məhkəmə 600 min avro məbləğində kompensasiyanı vurduğu mənəvi zərbəyə, 63,32 min avronu isə maddi ziyana görə ödəyib.
Bu Fransa məhkəməsi tarixində səhvi üzündən ödədiyi ən iri məbləğdir.
05.07.2014
çap et