525.Az

Azad edilən ərazilərdə 7 mina, 168 partlamamış hərbi sursat aşkarlanıb


 

Azad edilən ərazilərdə 7 mina, 168 partlamamış hərbi sursat aşkarlanıb<b style="color:red"></b>

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 7 mina aşkarlanıb.

ANAMA-dan 525.az-a verilən məlumata görə, yanvarın 30-dan fevralın 4-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və

Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı tank əleyhinə 7 mina və 168 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 362 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
 

 





06.02.2023    çap et  çap et