525.Az

Seçilmiş yaradici şagirdlərlə görüş


 

Seçilmiş yaradici şagirdlərlə görüş<b style="color:red"></b>

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və AYB Gəncə bölməsinin təşkilatçılığı ilə “Məktəblilərin poeziya klubu” layihəsi üzrə Elm və Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiya üzrə VI qrant müsabiqəsində, Gəncə şəhər orta məktəblərin seçilmiş şagirdləri ilə AYB Gəncə bölməsinin yazarları və şairləri ilə AYB Gəncə bölməsinin akt zalında görüşləri baş tutub.

AYB Gəncə bölməsindən 525.az-a verilən məlumata görə, görüşdə 7, 9, 13, 14, 27, 28, 29, 30, 37, 38, 39, 42, 43 nömrəli məktəb şagirdləri və AYB Gəncə bölməsinin yazıçı və şairləri iştirak etdilər. 

Giriş sözünü AYB Gəncə bölməsinin sədri, Əməkdar Mədəniyyət işçisi, şair-dramaturq Xəzangül açaraq bu görüşün iştirakçıların hamısında xoş duyğular və qürurlu hisslər oyatdığını qeyd edərək bu tədbirə görə iştirakçıları təbrik edib.

Sonra bu layihənin rəhbəri 10 nömrəli məktəbin ibtidai sinif müəllimi Günay Ələkbərli VI qrant müsabiqəsinin şagirdləri, müəllimləri, valideynlər arasında necə xoş qarşılandığını qeyd edərək bu görüşdən məmnun olduqlarını bildirib.

AYB Gəncə bölməsinin məsləhət şurası tərəfindən şagirdlərin yaradıcılığı ilə tanış olmaq təklifi verildi. İyirmi nəfər şagirdin yazdığı şeirlər dinlənilib. 
Şagirdlərin yaradıcılığı haqqında yazarlardan Aydın Murovdağlı, Rəfiqə Sadıqova, Qərib Mehdi, Aləmzər Əlizadə, Saleh Qurbanov, Zahir Şirani, Eltun Türkel, Elməddin Nicat, Ümbülbanu, Zülfiyyə Yaqub və s. çıxış edərək ümumiyyətlə şagirdlərin Vətənə, torpağa, şəhidlərə, qələbəmizə həsr etdikləri şeirlərə görə xoş hisslər keçirtdiklərini vurğulayıbvə gənc şeir həvəskarlarına uğurlar arzulayıblar. 

13 saylı orta məktəbin dil-ədəbiyyat müəllimi Mərguşə İbrahimova, 27 saylı məktəb litseyin Əməkdar müəllimi Nazim Həsənov çıxış edərək bu tədbir üçün AYB Gəncə bölməsinə təşəkkür ediblər.

Sonda şagirdlərə AYB Gəncə bölməsi tərəfindən kitab hədiyyələri bağışlanılıb və xatirə şəkilləri çəkdirilib.

 

 

 





06.02.2023    çap et  çap et