525.Az

Kamran Əliyev türkiyəli həmkarlarına başsağlığı verib


 

Kamran Əliyev türkiyəli həmkarlarına başsağlığı verib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev fevralın 6-da baş vermiş zəlzələ ilə bağlı Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya, və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb.

Bu barədə 525.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror, bu dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

 





06.02.2023    çap et  çap et