525.Az

ÜST Türkiyəyə dəstək verməyə hazırdır


 

ÜST Türkiyəyə dəstək verməyə hazırdır<b style="color:red"></b>

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Ofisi zəlzələnin nəticələri ilə mübarizə məqsədilə fövqəladə humanitar tədbirlərin həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır.

525.az xəbər verir ki, bu barədə ÜST-ün Avropa Regional Ofisinin tviter səhifəsində məlumat verilib.

“ÜST fevralın 6-da Türkiyənin cənub-şərq bölgəsində baş vermiş dağıdıcı zəlzələlərə təcili humanitar reaksiyaların həyata keçirilməsində Türkiyə Səhiyyə Nazirliyinə dəstək verməyə hazırdır”, - paylaşımda qeyd edilib.

 





06.02.2023    çap et  çap et