525.Az

TALIS-in sınaq mərhələsinə başlanılıb


 

TALIS-in sınaq mərhələsinə başlanılıb<b style="color:red"></b>


Azərbaycan TALIS (Təlim və Tədris üzrə Beynəlxalq Qiymətləndirmə) tədqiqatının 2024-cü ildə keçirilməsi nəzərdə tutulan əsas mərhələsində iştirak edəcək. Bununla bağlı 2023-cü il sınaq mərhələsinə hazırlıq prosesləri başlayıb.

Bu barədə 525.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırlıq mərhələsi Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Strateji İnkişaf Mərkəzi tərəfindən həyata keçirilir.

Beynəlxalq tədqiqatın sınaq mərhələsi 2023-cü ilin fevral-mart ayları ərzində keçiriləcək. Bununla əlaqədar maarifləndirici, təlimat xarakterli seminarların keçirilməsinə start verilib. ADPU Strateji İnkişaf Mərkəzi tərəfindən 1500 nəfərə yaxın müəllimin iştirak edəcəyi TALIS seminarları fevralın 14-dək davam edəcək.

Xatırladaq ki, tədqiqatın pilot mərhələsi 2022-ci ildə reallaşıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edəcək. Tədqiqat müəllim və məktəb direktorlarının məktəblərdəki iş şəraiti və öyrənmə mühitinə istiqamətlənən ilk beynəlxalq sorğudur.

Sevinc Qarayeva 

 





06.02.2023    çap et  çap et