525.Az

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub


 

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub<b style="color:red"></b>

Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub.

Bu barədə 525.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 9, 16 və 30 aprel 2023-cü il tarixlərində keçiriləcək. 

Məlumata görə, - Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.

- Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Sumqayıt, Abşeron, Cəlilabad, Masallı, Göyçay, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I hissə və II hissə kimi adlandırılıb. İmtahan gününə 2 həftə qalmış hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq.

- İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

Sevinc Qarayeva 

 





06.02.2023    çap et  çap et