525.Az

MSK-nın iclası keçirilib


 

MSK-nın iclası keçirilib<b style="color:red"></b>

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

525.az xəbər verir ki, iclasda bəzi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilib.

Belə ki, 37 saylı Nizami İkinci (Gəncə) Seçki Dairəsinin Dairə Seçki Komissiyasının (DSK) sədri Seymur Hüseynovun vəfat etməsi ilə əlaqədar bu DSK-ya yeni üzv seçilib. Yeni Azərbaycan Partiyasının DSK üzvlüyünə yeni namizədi İbrahim Cəfərov olub.

İclasın davamında cari məsələlər müzakirə olunub.

 





06.02.2023    çap et  çap et