525.Az

Təmas xəttində monitorinq keçiriləcək


 

Təmas xəttində monitorinq keçiriləcək<b style="color:red"></b> Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.

Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 8-də Tovuz rayonunun Əlibəyli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
 
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçləri Yevgeni Şarov və Piter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçirəcəklər.
 





07.07.2014    çap et  çap et