525.Az

Gürcüstan parlamentinin spikerinin Azərbaycana səfəri başlayıb


 

Gürcüstan parlamentinin spikerinin Azərbaycana səfəri başlayıb<b style="color:red"></b> Gürcüstan parlamentinin spikeri David Usupaşvilinin Azərbaycana səfəri başlayıb.
 
APA-nın məlumatına görə, qonağı Heydər Əliyev Beynəlxalq Hava Limanında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov qarşılayıb.
 
David Usupaşvili bildirib ki, səfər çərçivəsində Azərbaycan rəhbərliyi ilə görüşlər keçirməyi planlaşdırır. Spikerin sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında müzakirə olunacaq xeyli məsələ var. Bura müxtəlif sahələri əhatə edən məsələlər daxildir.
 
"Avropa İttifiqı ilə assosiasiya sazişininin imzalanmasından sonra Gürcüstanda qanunvericilik müstəvisi dəyişir. Amma bu, heç bir halda bizim qonşularımızla, Azərbaycanla münasibətlərimizə təsir göstərə bilməz. Sadəcə olaraq, bu məsələləri müzakirə etmək istəyirik ki, hər iki ölkə bundan fayda götürə bilsin", - David Usupaşvili bildirib.
 





07.07.2014    çap et  çap et