525.Az

Ceyhun Bayramov: "Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır"


 

Ceyhun Bayramov: "Azərbaycan hər zaman olduğu kimi, Türkiyənin yanındadır"<b style="color:red"></b>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən zəlzələdə həlak olanlarla bağlı başsağlığı verib.

525.az xəbər verir ki, bu barədə nazir tviter hesabında paylaşım edib.

"Bu gün qardaş Türkiyədə böyük insan tələfatı ilə nəticələnən zəlzələ xəbəri bizi dərindən sarsıtdı. Bu dəhşətli zəlzələdə həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Azərbaycan hər zaman olduğu kimi, bu çətin günlərdə də Türkiyənin yanındadır", - deyə qeyd olunub.

 





06.02.2023    çap et  çap et