525.Az

Volkan Demirelin köməkçisi və ailəsi dağıntılar altından çıxarıldı


 

Volkan Demirelin köməkçisi və ailəsi dağıntılar altından çıxarıldı<b style="color:red"></b>

“Hatayspor”un baş məşqçi Volkan Demirelin köməkçisi Murat Bel və ailəsi zəlzələnin törətdiyi dağıntılar altından sağ çıxarılıb.

525.az “Milliyet”ə istinadən xəbər verir ki, Murat və ailəsinin vəziyyəti yaxşıdır. “Hatayspor”un futbolçularından Burak Öksüz ilə komandanın texniki komitəsinin iki üzvü də qəzadan sağ çıxıb.

Qeyd edək ki, ötən gecədən bəri Türkiyədə silsilə zəlzələlər baş verib. Son məlumata görə 1651 nəfər həlak olub, minlərlə insan dağıntılar altında qalıb.

 





06.02.2023    çap et  çap et