525.Az

"Dell" təxminən 6650 nəfəri işdən çıxaracaq


 

"Dell" təxminən 6650 nəfəri işdən çıxaracaq<b style="color:red"></b>

Baş ofisi ABŞ-də yerləşən kompüter istehsalçısı "Dell" şirkətinin, texnologiya şirkətlərindəki ixtisar dalğasına qoşulacağı və kompüter bazarındakı zəifliyə görə 6650-yə yaxın işçini işdən çıxaracağı bildirilib.

525.az xəbər verir ki, "Dell"in Baş İcraçı Direktoru (CEO) Cef Klark şirkət işçilərinə yazdığı qeyddə, "Dell"in aşınmaya davam edən və qeyri-müəyyən gələcəyi olan bazar şərtləri ilə üzləşdiyini bildirib. Klark, işə götürmə fasilələri və səyahət məhdudiyyətləri kimi qənaət tədbirlərinin artıq kifayət etmədiyini vurğulayıb.

Belə ki, "Dell"in təxminən 6650 nəfəri və ya qlobal işçi qüvvəsinin təxminən 5 faizini ixtisar etməyi hədəflədiyi bildirilir. Covid-19 epidemiyasında yüksək tələbatdan sonra istehlakçılar yüksək inflyasiya və qeyri-müəyyən iqtisadi mənzərə ilə smartfonlar və noutbuklar kimi texnoloji avadanlıqlara tələbatını əhəmiyyətli dərəcədə azaldıblar.

Qeyd edək ki, IDC araşdırma şirkətinin hesabatına görə, Dell ötən ilin son rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37 faiz az kompüter satıb.

Məhəmməd Tağıyev

 





07.02.2023    çap et  çap et