525.Az

İqtisad Universitetində “Açıq qapı” günü keçirilib


 

İqtisad Universitetində “Açıq qapı” günü keçirilib<b style="color:red"></b> Azərbaycan Dövlət İqtisad Universitetində “Açıq qapı” günü keçirilib.

525.az-ın ADİU-in ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Ali təhsil ocağının rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən “Açıq qapı”da vətəndaşların şikayət və təklifləri dinlənilib.  
Vətəndaşlar əsasən övladlarının digər universitetlərdən ADİU-ya köçürülməsi ilə bağlı müraciətlər ediblər. “Açıq qapı” günündə həmçinin, universitetdə pedaqoq kimi fəaliyyət göstərmək istəyənlər də rektorun qəbulunda olublar. Rektor Ədalət Muradov bütün müraciətlərin nəzərə alınacağını bildirib.
 
ADİU-da “Açıq qapı”günü hər ayın birinci şənbə günü keçirilir.
 





07.07.2014    çap et  çap et