525.Az

Rusiya sülhməramlıları sırasında yeni çağırışçılar qulluq edə biləcək


 

Rusiya sülhməramlıları sırasında yeni çağırışçılar qulluq edə biləcək<b style="color:red"></b>

Rusiyanın Müdafiə Nazirliyi bütün hərbçilərin, o cümlədən çağırışçıların sülhməramlı missiyada iştirak etməsi barədə təklif irəli sürüb.

525.az RBK-ya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi qanun layihəsi hazırlanıb.

Məlumata görə, nazirlik hərbi və mülki heyətin sülhməramlı missiyada iştirakının təmin olunması qaydası haqqında qanuna dəyişiklik təklif edir.

Mövcud əsasnaməyə əsasən, sülhməramlı missiyada yalnız hərbi qulluqçular, müqavilə əsasında işləyən və ilkin xüsusi hazırlıq keçmiş işçilər könüllülük əsasında iştirak edə bilərlər.

Rusiya Prezidentin Dövlət Hüquq şöbəsi yeni düzəlişlərərə əsasən, bütün hərbi qulluqçular, o cümlədən çağırışçılar sülhməramlılar sırasına cəlb olunacaq.

 





07.02.2023    çap et  çap et