525.Az

Zaxarova ABŞ-nin Çin şarı ilə bağlı reaksiyasını isterik adlandırıb


 

Zaxarova ABŞ-nin Çin şarı ilə bağlı reaksiyasını isterik adlandırıb<b style="color:red"></b>

ABŞ hakimiyyətinin ölkə səmasında peyda olan Çin şarı ilə bağlı insidentə reaksiyası isterik və impulsiv olub. 

525.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova hadisə ilə bağlı belə danışıb.

Diplomat xatırladıb ki, Çin tərəfi hava şarının ABŞ hava məkanına girməsini fors-major şəraitlə izah edib. Zaxarova bu izahatları başa düşülən və kifayət qədər yetərli adlandırıb.

Qeyd edək ki, fevralın 3-də ABŞ-nin şimal hissəsində səmada "Çin şarı" peyda olub. Amerika səlahiyyətliləri onu bir müddət izləyib və obyekti kəşfiyyat aparatı adlandırmışdı. 

Havar Şəfiyeva

 





07.02.2023    çap et  çap et