525.Az

Borrell zəlzələ qurbanlarını bir dəqiqəlik sükutla yad etməyi təklif edib


 

Borrell zəlzələ qurbanlarını bir dəqiqəlik sükutla yad etməyi təklif edib<b style="color:red"></b>

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell iştirak etdiyi iclasda iştirakçıları Kahramanmaraşda zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

525.az xəbər verir ki, Borrell Aİ Xarici İşlər İdarəsinin "Dezinformasiyadan kənar: Xarici informasiya manipulyasiyası təhlükəsinə Aİ-nin cavabları" adlı konfransında iştirak edib. "Mən çıxışıma bizim görüşümüzlə heç bir əlaqəsi olmayan bir mövzudan başlamaq istəyirəm", - deyən Borrell, Türkiyə və Suriyada baş verən zəlzələdə minlərlə binanın dağıldığını bildirib.

"On ildən artıqdır görmədiyimiz təbii fəlakət Türkiyədə və Suriyada minlərlə insanın həyatına son qoydu. Qurbanları və sağ qalanları tapmaq üçün gecə-gündüz çalışan cəsur xilasediciləri xatırlamalıyıq", - ifadələrini işlədən Borrell, iştirakçıları zəlzələ qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Məhəmməd Tağıyev

 





07.02.2023    çap et  çap et