525.Az

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan qapıçı həlak olub


 

Türkiyədəki zəlzələdə dağıntılar altında qalan qapıçı həlak olub<b style="color:red"></b>

Zəlzələ nəticəsində dağıntılar altında qalan Türkiyə I Liqa təmsilçisi "Yeni Malatyaspor"un qapıçısı Ahmet Eyüp Türkaslan həlak olub.

525.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Yılmaz Vural "Show TV"yə açıqlama verib.

O, 29 yaşlı qolkiperin cəsədinin dağıntılar altından çıxarıldığını bildirib.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində 3 703 nəfər ölüb, 22 286 nəfər yaralanıb.

 





07.02.2023    çap et  çap et