525.Az

İlham Əliyev səfirlərin toplantısında nitq söyləyib


 

İlham Əliyev səfirlərin toplantısında nitq söyləyib<b style="color:red"></b>

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edib.
 
Xarici işlər naziri Elmar Məmmədyarov tədbirdə çıxış edərək dördüncü müşavirədən keçən müddətdə görülmüş işlərdən danışıb.

Dövlət başçısı müşavirədə nitq söyləyib. Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsi iki ildən bir keçirilir.

Müşavirədə Azərbaycanın xarici siyasətinin gündəliyində duran aktual məsələlər və gələcək fəaliyyət istiqamətləri üzrə müzakirələr aparılır.

 





07.07.2014    çap et  çap et