525.Az

Ronaldo: "Almaniya favorit deyil"


 

Ronaldo: "Almaniya favorit deyil"<b style="color:red"></b>

Braziliya millisinin sabiq hücumçusu Ronaldo "DÇ-2014"ün yarımfinalında keçiriləcək Braziliya - Almaniya matçı haqda fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, FİFA-nın rəsmi saytına danışan Ronaldo Almaniyanın bu görüşün favoriti olmadığını deyib:

"Braziliya millisi Almaniya ilə oyuna iki ciddi itki ilə çıxacaq. Ancaq biz almanlarla görüşdə rəqib üzərində təzyiq yaratmalıyıq. Bu dünyanın iki böyük komandası arasında vacib matç olacaq. Almaniyanın favorit olduğunu düşünmürəm. Braziliya hər zaman istənilən rəqiblə görüşün əsas favoriti hesab olunur. Baş məşqçi Luis Felipe Skolarinin futbolçuları bu oyuna yaxşı kökləyəcəyinə inanıram. Proqnoz? Almaniyanı 1:0 hesabı ilə məğlub edəcəyik".

 





07.07.2014    çap et  çap et