525.Az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı Baş Prokurorluğa müraciət edildi


 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı Baş Prokurorluğa müraciət edildi<b style="color:red"></b>

Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib.

Bu barədə Lent.az-a Palatadan məlumat verilib. Kollegiya  iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və  rəylər  geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində həyata keçirilmiş audit nəticəsində vəzifəli şəxslər tərəfindən ünvanlı dövlət sosial yardımlarının təyini zamanı qanunvericiliyin tələblərinə əməl edilmədən artıq və yardım almaq hüququna malik olmayan şəxslərə əsassız olaraq ödənişlərin aparılması, müavinət işi mövcud olmayan şəxslərə heç bir əsas olmadan sosial müavinətlərin və təqaüdlərin təyini və ödənilməsi, bir sıra hallarda eyni aylar üzrə təkrar ödənişlərin aparılması, birdəfəlik müavinətlərin ödənişi zamanı əsassız olaraq artıq vəsaitlərin verilməsi və digər maliyyə pozuntularına yol verildiyi aşkarlanıb.
 
Bütün bunlar nəzərə alınaraq nəzarət tədbiri üzrə yoxlama materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.                                                       

Kollegiyada bir sıra carı məsələlər də müzakirə olunmuş, müvafiq tapşırıqlar verilib.         

 





07.07.2014    çap et  çap et