525.Az

Azərbaycan və Vyetnam neft-qaz sahəsində perspektiv addımları nəzərdən keçirir


 

Azərbaycan və Vyetnam neft-qaz sahəsində perspektiv addımları nəzərdən keçirir<b style="color:red"></b>

Azərbaycan və Vyetnam neft-qaz sahəsi üzrə perspektiv addımları nəzərdən keçirib.

525.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Vyetnamın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyu qəbul edən zaman bildirib.

Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üzrə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Azərbaycan və Vyetnam şirkətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına diqqət yetirilib, münasibətlərin inkişafı istiqamətində iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə, həmçinin iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti və Bakıda keçirilən sonuncu iclasdan ötən dövr ərzində görülən işlər nəzərdən keçirilib, növbəti iclasın yaxın dövrdə Vyetnamda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 





08.02.2023    çap et  çap et