525.Az

“Azəriqaz”la bağlı Milli Məclisə hesabat təqdim olunacaq


 

“Azəriqaz”la bağlı Milli Məclisə hesabat təqdim olunacaq<b style="color:red"></b> Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Bu barədə Lent.az-a Palatadan məlumat verilib. Kollegiya iclasında dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə dövlət proqramları üzrə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
 
Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan “Azəriqaz” İstehsalat Birliyinə qaz təchizatı tədbirlərinə ayrılan vəsaitlərdən istifadəyə dair həyata keçirilmiş audit üzrə müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclisə təqdim olunması qərara alınıb.
 





07.07.2014    çap et  çap et