525.Az

Bakıda üçəm dünyaya gəlib


 

Bakıda üçəm dünyaya gəlib<b style="color:red"></b>

“1 saat əvvəl baş verən doğuş “Oksigen” klinikasında gerçəkləşib”.

Bu sözləri Modern.az saytına doktor, qadın doğum uzmanı Hakan Tanrıverdi yeni övlad dünyaya gətirən ailənin icazəsi əsasında bildirib.

Həkimin sözlərinə görə, bu, 35 yaşlı ana Mətanət Əhmədovanın birinci hamiləliyidir.
“3 qız övladı dünyaya gəlib. Doğuş keysər əməliyyatı ilə həyata keçirilib, cəmi 40 dəqiqə çəkib. Uşaqların çəkisi 2,5 kq, 2, 250 kq, 2,1 kq-dır. Ana və uşaqların vəziyyəti normaldır”-deyə həkim bildirib.

 





07.07.2014    çap et  çap et