525.Az

"Ərdoğan zəlzələ səbəbindən seçkiləri təxirə salmaq niyyətində deyil"


 

"Ərdoğan zəlzələ səbəbindən seçkiləri təxirə salmaq niyyətində deyil"<b style="color:red"></b>

Türkiyədə baş verən zəlzələdən sonra 14 mayda keçirilməsi planlaşdırılan seçkilərin ertələnib-ertələnməyəcəyi müzakirə olunur

Modern.az xəbər verir ki, "Bloomberg" nəşri bu barədə mənbələrinə istinadən yazıb.

Nəşr yazır ki, mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərini təxirə salınmayacaq. 

"Ərdoğan zəlzələ səbəbindən seçkiləri təxirə salmaq niyyətində deyil", - deyə qeyd olunub.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 7108 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 40910 nəfərdir.
 

 





08.02.2023    çap et  çap et