525.Az

Aqromexanika ilə bağlı elmi yığıncaq keçirilib


 

Aqromexanika ilə bağlı elmi yığıncaq keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunda ötən ilin yekunlarına həsr olunmuş genişləndirilmiş Elmi Şura yığıncağı keçirilib.

525.az xəbər verir ki, Elmi Şuranın sədri, institutun direktoru, professor Kamil Fətəliyev yığıncağı giriş sözü ilə açaraq bu elmi təşkilatın ali orqanının son dərəcə mühüm olan bir məsələnin müzakirəsi üçün toplaşdığını bildirib və yeni fəaliyyət ilində onlara uğurlar arzulayıb. 
2022-ci təqvim ilində yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları və qarşıda duran vəzifələr barədə elmi işlər üzrə direktor müavini Xudayar Məmmədov geniş hesabatla çıxış edib. Məruzəçi çıxışını bir il ərzində əldə edilmiş elmi nailiyyətlərin ekran nümayişi üzərində qurub, eksperiment və sınaqların gedişini əks etdirən slaydları auditoriyaya həm verbal və həm də vizual ardıcıllıqla təqdim edib.
“Aqromexanika”ETİ-də uğurların ötən ilki dinamikası diqqətçəkən təsir bağışlayıb. Belə ki, institut əməkdaşları tərəfindən ümumilikdə 1kitab və 31məqalə dərc olunub. Bunladan4 məqalə xaricdə,5məqalə isə xüsusi impakt faktorlu jurnallarda çap olunanlardır. Göstərilən nəticələrin 2021-ci illə müqayisədə yüksəldiyi Şura üzvlərinin diqqətinə çatdırılıb.
Sonra söz laboratoriya rəhbərlərinə verilmişdir. İnstitutda fəaliyyət göstərən 8laboratoriyanın hər birinin rəhbəri məsul olduqları problem sahələr üzrə qısa hesabatlarla çıxış etmişlər. 
Vurğulanıb ki, bütün tədqiqatların mərkəzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə irəli sürülmüş elmi istiqamətlər və onların reallaşması durub. Aqrar sektorda ərzaq bolluğunun yaradılmasında real strukturlardan olan kəndli (fermer), eləcə də ailə təsərrüfatlarında indi kiçik qabaritli istehsal qurğu və avadanlıqlarının yaradılması və isitfadəsi hazırki sürətli texnoloji irəliləyişin çağırışıdır. Bu texnika və texnologiya həm də ona görə əlverişlidir ki, onlar enerji qənaətlidir,əməliyyatlarda insan iştirakının sayı minimuma endirilir,olduqca kiçik qabaritlidirlər, başlıcası, az xərc hesabına başa gəlirlər. Məsələn, institutda hazırlanmış örtülü torpaqlarda (istixanalarda) becərmə aparan maşınlar, müxtəlif meyvələri (fındıq, qoz və s.)qərzəkdən çıxaran qurğular, bostan bitkilərinin məhsuldarlığını əsaslı şəkildə yüksəldən avadanlıq və mexanizmlər ötən il Qazax, Şəmkir, Ağdaş kimi iri şəhərlərdə Aqrar İnnovasiyalar Festivallarında nümayiş olunub. Artıq kiçik sahibkarlar və fermerlər tərəfindən müəyyən təkliflər alınmaqdadır. 
Məruzəçilərin hər biri yeni texnika və texnologiyalar üzrə mütərəqqi ideyaların kəndli və sahibkar üçün əlçatanlığı təmin edən bu  məhsuldar qurğuların konstruksiya-layihə işlərinin təşkili, idarə olunmasıvə hazırlanması işində institutun şöbə müdiri,təcrübəli konstruktor İsrayıl Məmmədovun, baş mütəxəssislərdən Əlövsət Hüseynovun, Elman Əliyevin,habelə, laboratoriya müdiri Zakir Quliyevin əməyini xüsusi qeyd etmişlər.
Şura iclası ətraflı polemika, geniş sual-cavab, dərin elmi təhlillər əsasında davam edib.
Yeni təqvim ilinin ilk Elmi Şurasının işinə yekun vuran sədr, professor Kamil Fətəliyev Azərbaycanın qeyri-neft sektoruna dəyərli elmi töhfələrin verilməsi üçün hələ bundan da çox işləməyin vacibliyini bildirib.
Elmi Şuranın iclası müxtəlif cari məsələlərin müzakirəsi ilə başa çatıb. Sonda ötən ildə görülmüş işlərin kafi qiymətləndirilməsi qərara alınıb və qarşıdakı prioritet məqsədlər üzrə geniş qərar qəbul edilib.
 

 





08.02.2023    çap et  çap et