525.Az

Volodimir Zelenski Böyük Britaniyaya gedib


 

Volodimir Zelenski Böyük Britaniyaya gedib<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir.

525.az “Sky nuys”a istinadən xəbər verir ki, dövlət başçısının olduğu təyyarə Londona çatıb.

V.Zelenskinin Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşəcəyi gözlənilir.

İki ölkə liderləri Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparacaqlar. Onların, həmçinin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

 





08.02.2023    çap et  çap et