525.Az

"Türkiyə bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır"


 

 "Türkiyə bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır"<b style="color:red"></b>

"Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident".

525.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı səfirliyin inzibati binasında Prezident İlham Əliyevin başsağlığını qəbul edən zaman deyib.

Səfir ziyarət üçün çox Prezident İlham Əliyevə təşəkkür edib:

"Sağ olun, var olun. Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olub. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olmuşdur. Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünmüşdür. Biz bunun şahid olduq, görürük. Çox təşəkkür edirik, sağ olun.

Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbr versin və bir daha bizə belə böyük acı yaşatmasın, İnşallah.

Hörmətli cənab Prezident, çox təşəkkür edirəm. Həqiqətən Azərbaycan bir ürək olmuşdur. Xalqımız gücü nəyə çatırsa yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb. Həqiqətən minnətdarıq. Bu gün Milli Məclisin sədri hörmətli Sahibə xanım, hörmətli Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov zəng etdilər. Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik.

Yaralarımızı sağaltmaq üçün dəstəyinizə görə çox sağ olun. Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident".

 





08.02.2023    çap et  çap et