525.Az

"Zoom" işçilərinin 15 fazini ixtisar edəcək


 

"Zoom" işçilərinin 15 fazini ixtisar edəcək<b style="color:red"></b>

Onlayn video konfrans tətbiqi "Zoom" işçilərinin 15 faizinin işdən çıxarılacağını açıqlayıb.

525.az xəbər verir ki, "Zoom"un baş icraçı direktoru Erik Yuan işçilərə göndərdiyi mesajda qlobal iqtisadiyyatın qeyri-müəyyən olduğunu və bunun şirkətin müştərilərə təsirinə uyğunlaşmalı olduğunu bildirib. Yuan: "Komandamızı təxminən 15 faiz azaltmaq və 1300-ə yaxın çalışqan, istedadlı həmkarımızla vidalaşmaq üçün çətin, lakin zəruri qərarı verdik", - deyib.

"Zoom"un son bir neçə ildə dünya miqyasında tanınan brendə, eləcə də müəssisələr və fərdlər üçün əvəzsiz əlaqə mənbəyinə çevrildiyinə diqqət çəkən Yuan, COVID-19 pandemiyasının 24 ayında "Zoom"un 3 dəfə böyüdüyünü qeyd edib.

Məhəmməd Tağıyev

 





08.02.2023    çap et  çap et