525.Az

Cakondanın sirri Azərbaycanda açıldı!


 

(Professor Paşa Qəlbinura açıq məktub)

Cakondanın sirri Azərbaycanda açıldı! <b style="color:red"></b>

Əzizim Paşa!

 

Azərbaycan mətbuatında xüsusi yeri olan ”525-ciqəzetdə (14 iyun 2014) ”Cakondanın sirri ya Da Vinçi koduadlı dahiyanə esseni oxudum. Təəssüf etmirəm ki, mənQara suminiatür romanı haqqında məqaləmdə səni Şərq qaydası üzrəLoğmanadlandırmışam. Səni bir oftalmoloq-cərrah kimi bütün dünya tanıyır, filosof şair, yazıçı esseist kimi Azərbaycanda yüksək qiymətləndirirlər.

 

500 il bütün bəşəriyyəti öz qeyri-adi təbəssümünün sirri ilə heyrətdə saxlamış Cakonda haqqında esseni (buna esse demək insafsızlıqdır! Bu XXI Əsrin ən böyük elmi kəşflərindən biri kimi tarixdə qalacaq) oxuyanda bir daha sənin təfəkkürünü öz fokusunda saxlayan gözlərinin qüdrətinə inandım. Sən buradaAğlın üçüncü gözüifadəsini işlədirsən. Mən isə deyirəm ki, sənin ağlın elə üçüncü gözündür. Şərqdə (yəqin ki, bütün dünyada) bunabəsirət gözüdeyirlər. Sufilərə görə bəsirət gözü qəlbdə olur. Sənin bəsirət gözün isə beynindədir. Bəsirət gözü-yəni Allahı görən (duyan) göz Peyğəmbərlərdə, övliyalarda dahilərdə olur. Mən indi başa düşdüm ki, sən insanın ən zərif ( ən gərəkli) orqanı olan göz üzərində çətin əməliyyat apararkən məhz üçüncügörünməyən hər şeyi görən gözündən istifadə edirsən. Cakonda haqqında qeyri-adi mülahizələrin bunu sübut edir.

 

Bu yazıda vəhy fəhm müasir elmin nailiyyətləri ilə cilalanmış təfəkkürlə birləşir.

 

SonAvrovizionyarışmasının qalibi Konçita Vürst barəsində dediklərinlə tam şərikəm. Qeyd edim ki, sən  Konçita Vürstün simasında Cakondanın sirrini açmağı gözəl bir açar olaraq tapmısan. İfaçı İsa Peyğəmbərin surətindəydi. İsa Peyğəmbər yalnız xaçpərəstlərin deyil, həm müsəlmanların Peyğəmbəridir axı. Onun duaları demək olar, bütün yer kürəsi əhalisi tərəfindən qəbul olunur. O gün oxuyan, zahiri daxili aləmiylə birin-birə eyni olan çarmıxdan indicə enmiş İsa Məsih idi. O nəğmə deyildi, Peyğəmbər duası idi... Oxuyan adamın cinsiyyəti yoxuydu. Sənin əsas kəşflərindən biri budur ki, yazırsan: ”Ay kişilər, əsl kişilər! Siz bilirsinizmi artıq genetika elmi sübut edib ki, bizim bir gözümüz atamızdan, bir gözümüz anamızdan gəlib. bizim gözümüz tərəfdə müsbət mənfi xüsusiyyətlər, əlamətlər varsa onu özündə cəm edib. İnsan cinsiyyətinin mütləq olmaması sənin yazında məntiqi surətdə əsaslandırılır. Mən bu fikirdəyəm; əgər oğlan uşağı doğulanda ana payı çoxdursa, onda zəriflik, qadın xislətinə (ümumən qadınlığa!) meyl, qız uşağı doğulanda ata payı üstündürsə, onda həmin qızda kişiləşmə (üzün tüklənməsi, səsin tembri, xarakterin sərtliyi, siqaretə içkiyə meyl, öz həmcinsinə hüsni-təvəzzöh) əlamətləri formalaşır. Ehtimal edirəm ki, burada hansı il, hansı bürc altında doğulmanın da əhəmiyyəti var. Məsələn, şir bürcü altında, yaxud at ilində doğulan kişilərlə, qız bürcü altında doğulan kişilərin xarakteri eyni ola bilməz... Necə ki, sən yazırsanKonçita Vürst İsa Məsihin obrazında nəğməsini dualarla Günəşin şüaları kimi dünya əhalisinin ürəyinə çiləyən qadın, kişi, uşaq, Ana idi. Oxuyan insan deyildi, ruh idi. O həssaslıqda, o zirvədə onu bir daha tapmaq olmaz. O, görüntülərdə qaldı. O, din pərdəsi ilə ikiyə bölünmüş dünya əhalisinə nəğməyə çalınmış, Günəşə bələnmiş dualar çilədi getdi”. Bütün bunlar səni Cakondanın sirrlərinə aparan ülvi həqiqətlərdi. Lakin mənim fikrimcə, kişi kişi kimi, qadın da qadın kimi gözəldi, bunlar elə beləcə qalsalar yaxşıdı. Allahın işinə qarışmaq, təbiətin harmoniyasını pozmaq günahdı. Zənnimcə, valideynlər doğulan gündən oğlan uşaqlarını kişi kimi, qız uşaqlarını da xanım kimi yetişdirməli, bu məsələdə həssas prinsipial olmalıdırlar.

 

Əziz Dostum!

 

Sən yazırsan ki, zəmanəsinin bütün elmlərini dərindən mənimsəmiş ensiklopedik zəka sahibi olan dahi Leonardo Da Vinçiağlının üçüncü gözü ilə bilirdi ki, insanın üzünün hər yarısı bir valideynə məxsusdur. Böyük Yaradanın qüdrəti ilə ruh ölməzdir o NURdan ibarətdir. İnsan qəlbinin dərinliklərində olan vaxtaşırı simada görünən o NURu üzümüzdəki təbəssümdən ayırmaq mümkünsüzdür... Yazıçının, rəssamın, bəstəkarın ən ümdə vəzifəsi ən böyük kədərin içində belə ipucu, işıq tapıb ondan tutub xilas olmaqdır”. Bu minvalla sənin fikrincə Cakondanın gülən sağ gözü atasından, sol gözü isə ömrü boyu kədərli həyat yaşamış anasından gəlir. Məşhur göz həkimi olaraq insanın bütün cüt orqanlarında, o cümlədən gözlərdə assimmetriya olması haqqında elmi qənaətinizlə tamamilə razıyam. Bunu həssas adam güzgüyə baxıb özündə müşahidə edə bilər.

 

Məqalədə ingilis oftalmoloqu Klayv Naysın Cakondanın bir gözünün çəp olması, professor Anri Qrepponun  Cakondanın solaxay olması, (portretdə güclü sol qol daha zəif sağ qolun altındadır) amerikalı həkimlərin Mona Lizanın bədənində başındakı tüklərin azalması, kanadalı tarixçi həkim Klod Şinpelin onun qanda xolesterinin çoxluğundan əzab çəkməsi, bir neçə dişinin olmaması barəsindəki ehtimallara rəğmən  sən, əziz dostum, daha məntiqli pozitiv nəticələr çıxardırsan.

 

Portret tədrici ölümün ən ali məqamını Nurdan başlayan yeni həyatın başlanğıcını əks etdirir.

 

Mənim fikrimcə, “Cakondahəm gözəlliyin ölməsi haqqında bəşəri elegiyadır.

 

Həqiqətən Cakondanın təbəssümü onun gülən gözündən dodağına düşən nurun əksi, işartısıdır. bu da inandırıcıdır ki, dahi rəssam Cakondanın sifətində özünü-hüceyrənin qocalmağa   başlamasını, sənin sözlərinlə desək: ”özünü, ancaq özünün əhvalını, həyat, qocalıq, insanlıq haqqında gəldiyi qənaətləri çəkmişdi. O, “Apoptozu” (hüceyrə ölümünü) qocalığa, ölümə gedən mütləq yolun başlanğıcını, müvəqqəti dünyadan əbədi dünyaya keçidi ölümsüz ruhun şəklini çəkə bildi. Düz deyirsən, Ruhu qəlbin dərinliklərindən çağırıb, onun şəklini çəkmək səlahiyyətini Tanrı dünyada bir nəfərə verdi”. Bu, Leonardo Da Vinçi idi.

 

Ancaq Tanrı yer üzündə həyatın mahiyyətini, bəşəriyyətin xilas yolununişıq körpüsünün, qıl körpüsünün mübarək şəklini görmək təfsir etmək, Da Vinçinin 500 illik əlçatmaz şifrini açmaq, elmi dəlillərlə sübut etmək səlahiyyətini bizlərdən birinə-professor Paşa Qəlbinura verdi. Gəlin etiraf edək ki, bunun üçün təbiətin nadir hadisəsi -bir neçə elmə dərindən bələd olmaq, ən azı Leonardoya yaxın bir səviyyə tələb olunur.

 

Sənə dərin hörmət bəsləyən

dostun Nizaməddin Şəmsizadə.

 





07.07.2014    çap et  çap et