525.Az

Kanadadan zəlzələ zərərçəkənlərinə 10 milyon dollar yardım


 

Kanadadan zəlzələ zərərçəkənlərinə 10 milyon dollar yardım<b style="color:red"></b>

Kanada episentri Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə və Suriyada zərər çəkənlərin ehtiyacları üçün 10 milyon dollar bağışlamağa qərar verib.

525.az xəbər verir ki, Kanadanın beynəlxalq inkişaf naziri Harjit Sajcan parlamentdə jurnalistlərin suallarını cavablandıraraq, 10 milyon dollar məbləğin Kanadanın "ilk reaksiyasını" ifadə etdiyini söyləyib. Nazir Sajcan federal hökumətin əlavə yardım üçün ehtiyacların qiymətləndirilməsini apardığını, həmçinin xilasetmə əməliyyatlarına kömək etmək üçün ölkənin fəlakətlərə yardım qrupunu yerləşdirməyi nəzərdən keçirdiyini bildirib. Zərərçəkənlərin ehtiyaclarını müəyyən etməyə çalışdıqlarını vurğulayan Sajcan: "Bunun üçün zəlzələ bölgələrində çalışan BMT qruplarından məlumat alırıq", - deyib.

Sajcan, aldıqları ilk məlumatdan sonra 10 milyon dollarlıq ilk yardım qərarını verdiklərini və yeni qərarlarının yaxın günlərdə bölgədən gələn məlumatlara əsaslanacağını qeyd edib.

Məhəmməd Tağıyev

 





08.02.2023    çap et  çap et