525.Az

23 Avropa ölkəsi Türkiyəyə xilasedici qruplar göndərib


 

23 Avropa ölkəsi Türkiyəyə xilasedici qruplar göndərib<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyasının böhranların idarə edilməsi, mülki müdafiə və humanitar yardımdan məsul üzvü Canez Lenarçiç Aİ çərçivəsində zəlzələlərə görə Avropadan Türkiyəyə qrup göndərən ölkələrin sayının 23-ə yüksəldiyini açıqlayıb.

525.az xəbər verir ki, Lenarçiç Aİ Komissiyası üzvlərinin həftəlik toplantısından sonra keçirdiyi mətbuat konfransında Avropadan Türkiyəyə göndərilən komandalar haqqında məlumat verib. Yardımla bağlı məlumatların çox sürətlə dəyişdiyini və bunun Türkiyə ilə həmrəyliyin göstəricisi olduğunu vurğulayan Lenarçiç, səhər saatlarından etibarən 20 Aİ ölkəsinin və Aİ Mülki Müdafiə Mexanizmində iştirak edən 3 Avropa ölkəsinin ümumilikdə 36 axtarış-xilasetmə qrupu və tibbi qrup göndərmək üçün hərəkətə keçdiyini bildirib.

Lenarçiç, bu qrupların 1500 zabit və 100 axtarış-xilasetmə itindən ibarət olduğunu, həmçinin komandaları və Avropadan yardımı AFAD ilə əlaqələndirmək üçün Aİ Mülki Müdafiə qrupunu göndərdiklərini qeyd edib.

Məhəmməd Tağıyev

 





08.02.2023    çap et  çap et