525.Az

Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib


 

Azərbaycan Dünya Bankı ilə potensial investisiya layihələrini müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Dünya Bankı ilə potensial investiisya layihələri ilə bağlı müzakirələr aparıb.

525.az xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Bu gün Bakıda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus görüşüb, Dünya Bankı ilə ölkəmizin əməkdaşlığının gündəliyində olan məsələlər və potensial investisiya layihələri barədə təklifləri müzakirə etdik", - nazir bildirib.

Xatırladaq ki, hazırda bankın Azərbaycandakı əməliyyatları 2015-ci ildə təsdiq edilmiş Tərəfdaşlıq Çərçivəsi Proqramı (CPF) ilə tənzimlənir. CPF 2016-2020-ci maliyyə illəri üçün nəzərdə tutulmuşdu, lakin 2020-ci ildə onun effektivliyinin nəzərdən keçirilməsindən sonra iki prioritet istiqaməti təsdiq edilərək onun uzadılması qərara alınıb. Bunlar dövlət sektoru (idarəetmə və xidmətlərin göstərilməsi) və Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması və insan kapitalına, fiziki infrastruktura və daha güclü institutlara investisiyalar vasitəsilə xarici şoklara davamlılığının artırılması kimi strateji hədəflərə cavab verməli olan iqtisadi rəqabətqabiliyyətlilikdir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankına üzvdür. Son 30 ildə adıçəkilən maliyyə qurumu Azərbaycanın reallaşdırdığı 50-dən çox layihə üzrə 4 milyard ABŞ dollarından çox kredit ayırıb. Dünya Bankı 2023-cü ilin iyulun 1-dək Azərbaycana ayıracağı kreditlərə güzəştli faiz dərəcəsi tətbiq edə bilər.

 





08.02.2023    çap et  çap et