525.Az

Peruda daşqın və torpaq sürüşmələri nəticəsində 40 nəfər ölüb


 

Peruda daşqın və torpaq sürüşmələri nəticəsində 40 nəfər ölüb<b style="color:red"></b>

Cənubi Amerika ölkəsi Peruda leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 40 nəfər həyatını itirib.

525.az xəbər verir ki, Arekipa, Sekoça və Kamana əyalətlərində güclü yağışlar çoxlu insanın ölümünə səbəb olub. Fövqəladə Əməliyyatlar Mərkəzi (COER) təbii fəlakətdə 40 nəfərin öldüyünü, 5 nəfərin isə itkin düşdüyünü bildirib. Sürüşmə nəticəsində 5495 evin, 538 kilometr yolun və 34 körpünün zədələndiyi paylaşılıb.

Minlərlə insanın evsiz qaldığı daşqınlarda axtarış-xilasetmə işləri davam edir. Zərərlərin ən çox olduğu Arekipa bölgəsində isə fövqəladə vəziyyət elan edilib. 

Qeyd edək ki, rəsmilər zərər çəkənlərə yardımın çatdırılması üçün səylərin göstərildiyini deyib.

Məhəmməd Tağıyev

 





08.02.2023    çap et  çap et